Dünya futbolu
Maksi Lopes "Udineze"də
İtaliyanın "Udineze" klubu heyətini yeni futbolçu …
İtaliyanın "Udineze" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolinfo.az xəbər verir ki, A Seriyası təmsilçisi elitanın digər klubu "Torino"da forma geyinən hücumçu Maksi Lopesi heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Lakin müqavilənin müddəti və digər detalları barədə açıqlama verilmir.
Qeyd edək ki, argentinalı futbolçu 2015-ci ildən "Torino"da çıxış edirdi. 33 yaşlı forvard karyerası ərzində "River Pleyt, "Barselona", "Malyorka", "Moskva", "Qremio", "Kataniya", "Milan", "Sampdoriya" və "Kyevo" klublarında da oynayıb.
"Udineze" Lopesin transferi ilə eyni vaxtda yunanıstanlı hücumameylli yarımüdafiəçi Panayotis Kone ilə yollarını ayırıb. 30 yaşlı futbolçu ölkəsinə – yetirməsi olduğu Afina AEK-inə dönüb. "Udineze" bu futbolçunu bir illik icarəyə verib.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Premyer-liqa2024-04-19 18:26
“Turan Tovuz” “Sumqayıt”a böyük hesabla məğlub oldu
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq