Dünya futbolu
"Qarabağ"ın rəqibi xeyriyyə matçında 4 qol vurdu – VİDEO
"Qarabağ"ın UEFA Çempionlar Liqasının qrup mərh?…
"Qarabağ"ın UEFA Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi "Roma" yoxlama oyunu keçirib.
Futbolinfo.az xəbər verir ki, paytaxt təmsilçisi "Olimpiko" stadionunda Braziliyanın "Şapekoense" ilə qarşılaşıb. Xeyriyyə məqsədilə təşkil olunan görüş romalıların 4:1 hesablı qələbəsi ilə başa çatıb. Bu matçdan əldə olunan gəlir Braziliya klubuna verilib.
Qeyd edək ki, "Şapekoense"nin üzvlərini daşıyan təyyarə Kolumbiyanın Medelin şəhərində qəzaya uğrayıb. Qəza nəticəsində hava gəmisində olan 81 nəfərdən 77-si dünyasını dəyişib.
"Roma" – "Şapekoense" – 4:1
Qollar: Alessandro Florensi, 29-pen (1:0). Dieqo Perotti, 38 (2:0). Mirko Antonuççi, 42-pen (3:0); 51 (4:0). Alan Ruşel, 56-pen (4:1).