Dünya futbolu
"Çelsi"nin futbolçusu La Liqa klubunda
İngiltərənin "Çelsi" klubu futbolçusu Loik …
İngiltərənin "Çelsi" klubu futbolçusu Loik Remi ilə yollarını ayırıb.
Futbolinfo.az xəbər verir ki, 30 yaşlı hücumçu İspaniyanın "Las Palmas" klubuna transfer olunub. Bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. Fransalı forvard yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.
Qeyd edək ki, Remi "Çelsi"də 2014-cü ildən çıxış edirdi. O, geridə qalan mövsümdə icarə əsasında "Kristal Pelas"da da oynayıb. Fransa yığmasında 30-dan çox oyun keçirmiş futbolçu "Olimpik" (Lion), "Lans", "Nitsa", "Olimpik" (Marsel), KPR və "Nyukasl" klublarında da forma geyinib.
Qeyd edək ki, "Çelsi" UEFA Çempionlar Liqasının qrup mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibidi.