Dünya futbolu
“Beşiktaş” ÇL-ə möhtəşəm qələbə ilə başladı
Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsin…
Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin ilk turunun növbəti oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, ikinci oyun günündə E, F, G və H qruplarındakı komandalar mübarizəyə start veriblər.
Azərbaycanlı futbolsevərlərin əsas diqqəti Türkiyənin ÇL-dəki yeganə təmsilçisi “Beşiktaş”ın Portuqaliyada “Portu” ilə səfər oyununa yönəlib. Dörd qolun vurulduğu oyunda “qara qartallar” sevinən tərəf olublar. Bu qrupun digər oyununda isə “Leypsiq”lə “Monako” heç-heçəyə razılaşıb.
“Liverpul”la “Sevilya”nın, eləcə də “Tottenhem”lə Dortmund “Borussiya”sı arasındakı görüşlər də böyük maraq doğururdu. Hər iki oyunda qapılara 4 qol vurulub. Lakin “Liverpul” ispanlarla heç-heçəyə razılaşdığı halda, “Tottenhem” inamlı qələbəyə sevinib.
Madrid “Real”ı doğma meydanda APOEL-i, “Mançester Siti” isə səfərdə “Feyenoord”u darmadağın edib.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi
13 sentyabr
E qrupu
“Maribor” (Sloveniya) – “Spartak” (Rusiya) 1:1
Qol: Bohar, 85 – Səmədov, 60.
“Liverpul” (İngiltərə) – “Sevilya” (İspaniya) 2:2
Qol: Firmino, 21. Salah, 37 – Yedder, 5. Korrea, 72.
F qrupu
“Feyenoord” (Hollandiya) – “Mançester Siti” (İngiltərə) 0:4
Qol: Stounz, 2; 63. Aquero, 10. Xesus, 25.
“Şaxtyor” (Ukrayna) – “Napoli” (İtaliya) 2:1
Qol: Tayson, 16. Ferreyra, 58 – Milik, 71-pen.
G qrupu
“Leypsiq” (Almaniya) – “Monako” (Fransa) 1:1
Qol: Forsberq, 33 – Tilemans, 35.
“Portu” (Portuqaliya) – “Beşiktaş” (Türkiyə) 1:3
Qol: Mareqa, 21 – Taliska, 13. Tosun, 28. Babel, 86.
H qrupu
“Real” (İspaniya) – APOEL (Kipr) 3:0
Qol: Ronaldo, 12; 50-pen. Ramos, 61.
“Tottenhem” (İngiltərə) – “Borussiya” (Dortmund, Almaniya) 3:1
Qol: Son, 4. Keyn, 15; 60 – Yarmolenko, 11.