Dünya futbolu
Yığma komandanın baş məşqçisi qovuldu
Futbol üzrə Ekvador yığmasının baş məşqçisi Qustav…
Futbol üzrə Ekvador yığmasının baş məşqçisi Qustavo Kinteros istefaya göndərilib.
Futbolinfo.az xəbər verir ki, bu barədə məlumatı Ekvador Futbol Federasiyası yayıb. Boliviyalı mütəxəssis yığmanın DÇ-2018-in seçmə mərhələsində uğursuz çıxışına görə istefaya göndərilib.
Seçmə mərhələnin başa çatmasına 2 tur qalmış Ekvador 8-ci yerdə qərarlaşıb. Yığmaya müvəqqəti olaraq Xorxe Seliko başçılıq edəcək. O, Ekvadoru seçmə mərhələnin son iki oyununa – Çili və Argentina ilə qarşılaşmalara çıxaracaq.