Dünya futbolu
Azərbaycanlı futbolçu üçün yeni baş məşqçi
Azərbaycanlı futbolçu Tural Hümbətovun formasını geyi…
Azərbaycanlı futbolçu Tural Hümbətovun formasını geyindiyi Makedoniyanın “Pobeda” klubunda baş məşqçi dəyişikliyi baş tutub.
Futbolinfo.az xəbər verir ki, Turalın bu komandaya gəlməsinə razılıq vermiş, hətta onu bir neçə oyunda meydana da buraxan Zoran Şteryovski postundan ayrılıb. Buna komandanın cari mövsümə uğursuz start verməsi səbəb olub. Belə ki, “Pobeda” Makedoniya çempionatında keçirdiyi 7 oyunda cəmi 1 qələbə qazana bilib və 5 xalla 10 komanda arasında 9-cu pillədə qərarlaşıb.
Sözügedən klub artıq yeni baş məşqçi ilə anlaşıb. “Pobeda” rəhbərliyi Slavolyub Bubanyanı mövsüm sonuna kimi baş məşqçi postuna gətirib. Bubanya artıq futbolçulara təqdim edilib və işinə başlayıb. Onun Hümbətovla bağlı qərarının necə olacağını isə qarşıdakı oyunlar göstərəcək.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…