Ölkə futbolu
UEFA Gəncləq Liqası: “Qarabağ” – “Roma” matçı üçün Fesniç
UEFA Gənclər Liqasının 2-ci turunun oyunları üçü…
UEFA Gənclər Liqasının 2-ci turunun oyunları üçün təyinatlar açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, “Qarabağ”ın U-19 komandasının İtaliyanın “Roma” klubuna qarşı keçirəcəyi oyunun da hakimləri müəyyənləşib. Ağdam təmsilçisinin ilk ev matçını rumıniyalı hakimlər idarə edəcək.
Sentyabrın 27-də “Azərsun Arena”da keçiriləcək görüşün baş hakimi Horatiu Fesniç olacaq. Ona həmyerliləri Aleksandru Çerey və Mihay Marika kömək edəcək. Oyunun dördüncü hakimi kimi matça Azərbaycan referisi İnqilab Məmmədov təyinat alıb.
Rusiyalı Leonid Kaloşin matçın UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək. Hakimlərin işinə isə israilli Haim Yakov qiymət verəcək.
Qeyd edək ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu “Qarabağ”ın U-19 komandası ilk turda “Çelsi”yə 0:5 hesabı ilə uduzub. “Roma” isə Madrid “Atletiko”su ilə ev oyununda 1:2 hesabıyla məğlub olub.