Dünya futbolu
La Liqa klubunun baş məşqçisi qovuldu
İspaniyanın "Vilyareal" klubu baş məşqçisi Fran …
İspaniyanın "Vilyareal" klubu baş məşqçisi Fran Eskribanı istefaya göndərib.
Futbolinfo.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı xəbər yayıb. Rəhbərlik bu qərarı komandanın La Liqanın 6-cı turunda "Xetafe"yə 0:4 hesabı ilə uduzduğu oyundan sonra verib. Fran Eskribanın köməkçiləri də komandadan göndərilib.
Qeyd edək ki, mövsümə uğursuz başlayan "Vilyareal" 7 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.