Dünya futbolu
Super Liqa klubunda Leonardo dönəmi
Rza Çalımbayla yollarını ayıran Türkiyənin “Ant…
Rza Çalımbayla yollarını ayıran Türkiyənin “Antalyaspor” klubu artıq yeni baş məşqçisini də tapıb.
Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi braziliyalı Leonardo ilə anlaşıb. Türkiyə mətbuatının yaydığı məlumata görə, bir ara İtaliyanın “Milan” və “İnter” klublarını da çalışdırmış 48 yaşlı mütəxəssis artıq Antalyadadı. O, klub prezidenti Ali Şafak Öztürklə görüşüb və bütün məsələlərdə razılığa gəlib. Leonardo ötən gün keçirilən “Antalyaspor” – “Osmanlıspor” matçını da klub rəhbəri ilə birgə stadiondan izləyib. Hansı ki, bu oyunda Antalya təmsilçisi cari mövsümdə ilk qələbəsini qazanıb – 3:0.
Leonardo 2009/10 mövsümündə “Milan”ın, 2010/11 mövsümündə isə “İnter”in baş məşqçisi olub. Daha sonra Fransanın PSJ klubunda idman direktoru kimi 6 ay çalışan mütəxəssis tezliklə “Antalyaspor”la rəsmi müqavilə imzalayıb, yeni işinə başlayacaq.