Dünya futbolu
“Beşiktaş”ın prezidenti: “Superkubok Azərbaycanda keçirilsin”
Türkiyənin “Beşiktaş” klubunun prezidenti Fikrət …
Türkiyənin “Beşiktaş” klubunun prezidenti Fikrət Orman daha bir maraqlı təkliflə çıxış edib.
Futbolinfo.az xəbər verir ki, O, Türkiyə Super Kubokunun ölkə xaricində keçirilməsinin tərəfdarı olduğunu bildirib. “Beşiktaş”ı ölkəmizə gətirməyi planlaşdıran Orman yerli KİV-ə açıqlamasında Super Kubok matçının da Azərbaycanda oynanılmasını təklif edib:
“Ötən mövsüm “Milan”la “Yuventus” arasında Super Kubok matçı Dohada keçirildi. Biz niyə bu matçı Azərbaycanda və ya Dohada keçirmirik? Niyə ölkə futbolunun dəyərini artırmaq üçün çalışmırıq? İspaniya, İtaliya kimi ölkələr bunu düşünür, amma biz heç bir addım atmırıq. Hətta Tanzaniyada da “Mançester Yunayted”in oyununu izləmək mümkündü. Türkiyədə isə heç yerli insanlar oyunlara gəlmirlər”.
Qeyd edək ki, ötən mövsüm də Türkiyə Super Kubokunun Bakıda keçirilməsi gündəmə gəltirilmiş, amma sonda bu, baş tutmamışdı.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi