Dünya futbolu
Millimizin rəqibi heyətini açıqladı
DÇ-2018-in seçmə mərhələsində millimizlə birlikdə…
DÇ-2018-in seçmə mərhələsində millimizlə birlikdə C qrupunda mübarizə aparan Şimali İrlandiya yığmasının heyəti açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, oktyabrda Almaniya və Norveçlə qarşılaşacaq britaniyalıların baş məşqçisi Maykl O`Nil 26 futbolçuya dəvət göndərib. Onlardan 3-ü qapıçı, 9-u müdafiəçi, 10-u yarımmüdafiəçi, 4-ü isə hücumçudu:
Qapıçılar: Maykl Makqovern (“Norviç”, İngiltərə), Alan Mannus (“Sent-Conston”, Şotlandiya), Roy Kerroll (“Linfild”);
Müdafiəçilər: Aaron Hyuz (“Harts”, Şotlandiya), Qaret Makauli, Conni Evans, Kris Brant (hamısı “Vest Bromviç”, İngiltərə), Konor Maklaulin (“Milluoll”, İngiltərə), Li Hodson (“Reyncers”, Şotlandiya), Adam Tompson (“Bredford Siti”, İngiltərə), Daniel Lafferti (“Şeffild Yunayted”, İngiltərə), Tom Flanaqan (“Barton”, İngiltərə);
Yarımmüdafiəçilər: Stiven Deyvis (“Sauthempton”, İngiltərə), Nayall Makqinn (“Qvanqju”, Cənubi Koreya), Oliver Norvud (“Fulhem”, İngiltərə), Korri Evans (“Bləkbörn”, İngiltərə), Şeyn Ferquson, Corc Seyvill (hər ikisi “Milluoll”, İngiltərə), Stüart Dallas (“Lids”, İngiltərə), Metti Land (“Barton”, İngiltərə), Pol Paton (“Sent-Conston”, Şotlandiya), Cordan Cons (“Kilmarnok”, Şotlandiya);
Hücumçular: Kayl Lafferti (“Harts”, Şotlandiya), Coş Macennis (“Çarlton”, İngiltərə), Konor Vaşinqton (KPR, İngiltərə), Şey Makkartan (“Bredford”, İngiltərə)
Şimali İrlandiya millisi oktyabrın 5-də evdə Almaniya, 8-də isə səfərdə Norveçlə qarşılaşacaq.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Premyer-liqa2024-04-14 22:16
“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib