Ölkə futbolu
“Qarabağ”ın gəncləri “Roma”ya da uduzdu
Bu gün UEFA Gənclər Liqasında qrup mərhələsinin 2-ci turunu…
Bu gün UEFA Gənclər Liqasında qrup mərhələsinin 2-ci turunun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, “Qarabağ”ın 19 yaşlılardan ibarət komandası "Azərsun Arena"da “Roma”lı həmyaşıdlarını qəbul edib.
Xatırladaq ki, ilk oyunda təmsilçimiz “Çelsi”yə 0:5 hesabı ilə uduzmuşdu. “Roma” isə doğma meydanda Madrid “Atletiko”su ilə bacarmamışdı – 1:2.
Komandamız ikinci oyununda da məğlubiyyətlə üzləşib. "Roma" ilə oyunda Rəşad Sadıqovun yetirmələri 3 cavabsız qola üzülüblər.
Qrupun digər oyununda "Çelsi" "Atletiko"nun qonağı olacaq.
UEFA Gənclər Liqası
C qrupu
27 sentyabr
“Qarabağ” – “Roma” 0:3
Qol: Y.Çelar, 11; 60. Antonuççi, 77.
Hakimlər: Horatiu Fesniç, Aleksandru Çerey, Mihay Marika (hamısı Rumıniya), İnqilab Məmmədov (Azərbaycan)
"Azərsun Arena"
“Qarabağ”: 40. Məmməd Hüseynov, 31. Oliver Stoymenovski, 36. Əli Əliyev, 39. Zaur Fərzəliyev (k), 47. Əsgər Hüseynov, 49. İbrahim Əliyev, 51. Elçin Əsədov, 59. Boyan Miovski, 60. Pilağa Mehdiyev, 70. Misir Rüstəmov, 80. Yusif Həsənov.
Ehtiyat oyunçular: 63. Rəhim Rəhimli, 26. Rahid Ağazadə, 27. Ülvi İbrahimov, 37. Akif Hümbətzadə, 38. Famin Əliyev, 54. İbrahim Hüseynov, 72. Taleh Rzayev.
Baş məşqçi: Rəşad Sadıqov.
“Roma”: 1. Andrea Romanyoli, 3. Andrei Trusesku, 4. Rikkardo Karqnelutti, 5. Stefano Siavattini (k), 6. Andrea Markuççi, 7. Dario Midous, 8. Lorentso Valeu, 9. Yan Çelar, 10. Mirko Antonuççi, 11. Rikkardo Kappa, 16. Alessio Rikkardi.
Ehtiyat oyunçular: 23. Alessio Palyiarini, 2. Lirim Kastrati, 14. Devid Bua, 15. Salvatore Pezzella, 18. Visente Besujen, 20. Keres Masanqu, 21. Luka Petrunqaro.
Baş məşqçi: Alberto De Rossi.