Ölkə futbolu
Ramosun penalti şərhi
“Real”ın kapitanı Serxio Ramos Çempionlar Liqası…
“Real”ın kapitanı Serxio Ramos Çempionlar Liqasının qrup mərhələsində Dortmund “Borussiya”sı ilə keçirilən matçı dəyərləndirib. Ulduz futbolçu uzun fasilədən sonra Dortmundda qazanılan qələbənin (3:1) önəmindən danışıb.
O, komandasının əvvəlki formasını bərpa etmək üzrə olduğunu bildirib: “Uzun illərdən sonra, nəhayət ki, Dortmundda qələbə qazandıq. Çətin idi, ancaq xarakter nümayiş etdirdik. Ən yaxşı formamızı bərpa etməyə çalışırıq və “Borussiya” ilə qarşılaşmada buna yaxın olduğumuzu göstərdik”.
Matçın əvvəllərində hesab 0:0 olarkən top cərimə meydanında Ramosun əlinə dəysə də, baş hakim “davam” qərarı vermişdi. İspaniya millisinin üzvü həmin epizodda referinin doğru addım atdığını söyləyib: “Həmin epizodda top əlimə dəydi. Ancaq hadisə sürətli baş verdi. Əllə oynamaq fikrim yox idi. Düşünürəm ki, bu epizodda penalti qərarı doğru olmazdı”.
Qeyd edək ki, Çempionlar Liqasının H qrupunda yer alan “Real” 2 turdan sonra maksimum nəticə göstərib.
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi