Ölkə futbolu
600 nəfər də olsaydı…
UEFA Çempionlar Liqasının 2-ci turunun “Qarabağ”…
UEFA Çempionlar Liqasının 2-ci turunun “Qarabağ” – “Roma” qarşılaşması iki rekordla yadda qalıb.
Futbolinfo.az xəbər verir ki, Bakı Olimpiya Stadionundakı görüşdə 67 min 200 tamaşaçı qeydə alınıb.
Bu isə o deməkdi ki, 67 min 800 tamaşaçı tutumuna malik arenada anşlaqın yaşanması üçün cəmi 600 nəfər çatmayıb.
Amma bu göstərici birdən-birə iki rekordla nəticələnib. Belə ki, “Qarabağ” – “Roma” matçı Azərbaycan futbolu tarixində ən çox tamaşaçı toplayan görüş olub.
Bu matç AÇ-2016-nın seçmə mərhələsinin Azərbaycan – İtaliya görüşünü kölgədə qoyub. 2 il öncə – 2015-ci il oktyabrın 10-da keçirilən matçda 48 min seyrçi qeydə alınmışdı.
“Qarabağ” – “Roma” görüşü həm də ÇL-in 2-ci turunun ən çox izlənən matçı olub. Bakı Olimpiya Stadionundakı oyun ilk günün “Borussiya” – “Real” matçını arxada qoyub. Dortmundda 65 min 849 tamaşaçı olmuşdu. (Apasport)