Ölkə futbolu
“26-lar”dan biri “Qarabağ”da!
Çempionlar Liqasının ən yaxşılarının siyahısı aç…
Çempionlar Liqasının ən yaxşılarının siyahısı açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, oyunçuların fərdi statistik göstəricilərində fərqlənənlər arasında Azərbaycan təmsilçisi də yer alıb.
Belə ki, “Qarabağ”ın futbolçusu Mahir Mədətov Çempionlar Liqasının ən yaxşılarındandı. O, ötürmələrin dəqiqliyində öndə qərarlaşanlardan biridi.
Yarımmüdafiəçi 100 faizlik dəqiqlik nümayiş etdirən 26 oyunçudan biridi. Arxada qalan iki tur ərzində 16 dəfə komanda yoldaşlarına ötürmə verən Mədətov xətaya yol verməyib.
Çempionlar Liqasında çıxış edən 32 komandanın heyətində yalnız 26 futbolçunun hələlik ötürmələrdə səhvi yoxdu. Onların çoxu az ötürmə etdiyi üçün xətadan qaçıb. Əslində, Mahirin ötürmə sayı da o qədər yüksək deyil.
Lakin səhvsiz olanlardan yalnız Karlao daha çox ötürmə verib. APOEL-in üzvü 46 ötürmə zamanı dəqiq olub. Mahir isə ötürmə sayında “26-lar” arasında ikincidi.