Dünya futbolu
ÇL-də 2-ci turun ən yaxşı futbolçusu adına 8 namizəd
UEFA Çempionlar Liqasının qrup mərhələsində 2-ci turun ə…
UEFA Çempionlar Liqasının qrup mərhələsində 2-ci turun ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.
Futbolinfo.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, namizədlər arasında Neymar (PSJ), Romelu Lukaku ("Mançester Yunayted"), Qonsalo İquayn ("Yuventus"), Andreas İnyesta ("Barselona"), Kriştiano Ronaldo ("Real"), Harri Keyn ("Tottenhem"), Vensan Abubakar ("Portu") və Kevin de Bruyne ("Mançester Siti") yer alıb.
Azarkeşlər qurumun saytında keçirilən səsvermədə iştirak edərək, 2-ci turun ən yaxşı oyunçusunu müəyyənləşdirəcək.