Dünya futbolu
Super Liqa klubu yeni baş məşqçisini təqdim etdi
Rza Çalımbayla yollarını ayıran Türkiyənin “Ant…
Rza Çalımbayla yollarını ayıran Türkiyənin “Antalyaspor” klubu yeni baş məşqçisini təqdim edib.
Futbolinfo.az xəbər verir ki, Super Liqa təmsilçisi braziliyalı Leonardo ilə anlaşıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bir ara İtaliyanın “Milan” və “İnter” klublarını da çalışdırmış 48 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Leonardo 2009/10 mövsümündə “Milan”ın, 2010/11 mövsümündə isə “İnter”in baş məşqçisi olub. Daha sonra o, Fransanın PSJ klubunda idman direktoru kimi çalışıb.