Ölkə futbolu
Samir Ələkbərov 3 legionerin “qələmini qırdı”
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin hey?…
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. Oktyabrın 1-dən 3-dək Berlində, ayın 4-dən 8-dək Almaniyanın Kotbus şəhərində keçiriləcək hazırlıqlarda iştirak edəcək futbolçuların adları bəlli olub.
Oktyabrın 6-da Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində Almaniya ilə qarşılaşacaq yığmaya 22 oyunçu çağırılıb: Fəhmin Muradbəyli, Anton Krivotsyuk (hər ikisi “Neftçi”), Eltun Turabov, Elgün Uluxanov (hər ikisi “Qarabağ”), Xəyal Nəcəfov, Ehtiram Şahverdiyev, Bəhlul Mustafazadə, Süleyman Süleymanov (hamısı “Sumqayıt”), Oleq Hüseynov, Taşkın Sertan, Vüqar Həsənov, Əlibəy Məmmədli (hamısı “İnter”), Alen Askerov, Qismət Alıyev, Roman Hüseynov (hamısı “Qəbələ”), İlkin Sadıqov, İlyas Səfərzadə (hər ikisi “Kəpəz”), Pərviz Qaraxanov (“Səbail”), Aydın Bayramov (MOİK), Budaq Nəsirov (“Sportinq”, Portuqaliya), Serkan Baloglu (“Eyupspor”, Türkiyə), Mustafa Ozhitay (“Ulm 1846”, Almaniya).
Yeni baş məşqçi Samir Ələkbərovun açıqladığı ilk heyət hazırlığa 19 futbolçu ilə başlayacaq. Üç oyunçu – Eltun Turabov, Elgün Uluxanov və Budaq Nəsirov isə komandaya oktyabrın 2-də qoşulacaq.
Ələkbərov Əmirhüseyn Nəcəfi, Onur Albayrak və Ozancan Kökçünü milliyə dəvət etməyib. Sabiq baş məşqçi Vahabzadənin israrla yığmaya çağırdığı oyunçulardan imtina etməklə o, faktiki, AFFA-nın yersiz milliləşdirmə siyasətinə qarşı çıxacağını göstərib.