Ölkə futbolu
“Neftçi” həsrətə son qoydu
“Neftçi”nin qələbə həsrəti sona çatıb….
“Neftçi”nin qələbə həsrəti sona çatıb.
Futbolinfo.az xəbər verir ki, “ağ-qaralar” mövsümdə ilk qələbəsini Premyer Liqanın 7-ci turunun “İnter”lə görüşündə qazanıb.
2:0 hesablı səfər qələbəsinə sevinən paytaxt təmsilçisi bununla da 8 oyunluq seriyaya son qoyub. Belə ki, “Neftçi” son 8 matçda yalnız 1 heç-heçə edib, 7 dəfə uduzmuşdu. Düzdü, bu məğlubiyyətlərdən biri “Zirə” ilə matçdakı texniki məğlubiyyət olub.
“Neftçi” sonuncu dəfə 167 gün öncə qalib gəlmişdi. Bakılılar aprelin 15-də AZAL-ı 4:0 hesabı ilə yenmişdi. Həmin vaxt “təyyarəçilər”in baş məşqçisi olan Tərlan Əhmədov bu gün yeni komandasında ilk qələbəsinə sevinib. Bundan sonra ötən mövsüm 2, cari çempionatda isə 6 matçda “Neftçi” 3 xal qazanmamışdı.
“İnter”i rəqib meydanında yenən “ağ-qaralar” həm də səfərdəki qələbə həsrətinə son qoyub. “Neftçi” fevralın 27-də AZAL-ı 1:0 hesabı ilə yendiyi səfər matçından sonra ardıcıl 6 dəfə xala həsrət qalmışdı. 6 ardıcıl məğlubiyyətə son qoyan bakılılar 214 gündən sonra istəyinə çatıb. (Apasport)