Dünya futbolu
Dadaşov dubla imza atdı, komandası qalib gəldi
Futbol üzrə Almaniyanın Şimal-Şərq Regional Liqasında 9-cu …
Futbol üzrə Almaniyanın Şimal-Şərq Regional Liqasında 9-cu turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu “Dinamo” (Berlin) da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Auerbax”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:1.
Rüfət də bu oyunun iştirakçısı olub. Komandasının qollarından ikisini də məhz Dadaşov vurub. O, 20-ci dəqiqədə penaltidən hesabı açıb, 50-də özünün ikinci, komandasının üçün qoluna imza atıb. 78-ci dəqiqədə isə millimizin sabiq üzvü əvəzlənib.
"Dinamo" hazırda 19 xalla 18 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.