Dünya futbolu
Əzizovun komandasından 5 cavabsız qol
Futbol üzrə Hollandiya Birinci Divizionunda (Jupiler Liqa) 7-ci …
Futbol üzrə Hollandiya Birinci Divizionunda (Jupiler Liqa) 7-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Ziya Əzizovun formasını geyindiyi "Den Boş" da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda PSV-nin gənclərdən ibarət komandasıyla qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 5:0.
Əzizov bu görüşün iştirakçısı olmayıb. Onun adı ümumiyyətlə matçın iştirak ərizəsinə daxil edilməyib.
"Den Boş" hazırda 10 xalla 20 klub arasında 7-ci pillədə qərarlaşıb.