Ölkə futbolu
“Qəbələ” hazırlığa start verdi
Topaz Premyer Liqasının 7-ci turunun “Kəpəz”lə oyunun…
Topaz Premyer Liqasının 7-ci turunun “Kəpəz”lə oyunundan (0:2) sonra istirahətə buraxılan “Qəbələ” bu gün məşqlərini bərpa edib.
Futbolinfo.az xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə dövründə hazırlığa Bakıda start verən “qırmızı-qaralar” günü iki məşqlə yekunlaşdırıb.
Səhər məşqində fiziki hazırlıq keçən komanda axşam toplu çalışmalara üstünlük verib. Milli komandaların düşərgələrində olan futbolçular, həmçinin zədəli Filip Ozobiç məşqlərdə iştirak etməyib. Əvəzedici heyətin 6 oyunçusu əsas komandanın hazırlığına cəlb olunub. Bir neçə müddətdi Roman Qriqorçukun rəhbərliyi altında məşq keçən Ülvi İsgəndərovla yanaşı, Ülvi İbazadə, Tural Məmmərzayev, Rövlan Muradov, Amin Seydiyev və Hacıağa Hacılı da paytaxt hazırlığına qoşulub.
Xatırladaq ki, “Qəbələ” oktyabrın 7-də “Neftçi” ilə yoxlama oyunu keçirəcək. İsmət Qayıbov adına təlim-məşq bazasında baş tutacaq görüş saat 16:00-da başlayacaq.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı