Bizi izləyin

Müsahibə

“Turan” Premyer Liqaya qayıtsa, karyeramı bu klubda başa vurmaq istəyərdim”

“Sumqayıt”ın sosial media üzərindən həyata ke&cc…

blank

“Sumqayıt”ın sosial media üzərindən həyata keçirdiyi yeni rubrikası davam edir. Futbolinfo.az xəbər verir ki, bu rubrikada sözügedən komandanın futbolçuları sosial şəbəkələrdən ünvanlanan sualları cavablandırırlar. Rubrikanın budəfəki qonağı kapitan Vurğun Hüseynovdu.

Qeyd edək ki, 2013-cü ildən "Sumqayıt" FK-nın şərəfini qoruyan Vurğun Hüseynov komandanın heyətində Premyer Liqada 115 qarşılaşmada meydana çıxıb. 

– “Sumqayıt”ın kapitanı olmaq necə hissdir?
– Komandanın kapitanı olmaq çox məsuliyyətli bir işdir. Həm meydanda, həm də meydandan kənarda örnək biri olmalısan. Bu klubun kapitanı olduğum üçün çox şadam.

– "Sumqayıt"ın 2017/18 mövsümündə qarşısına hansı məqsəd qoyulub?
– Qarşımıza hər hansısa bir məqsəd qoyulmayıb. Sadəcə, kollektiv olaraq, əlimizdən gələni etməyə çalışırıq ki, Avropa Liqasına vəsiqə qazanaq.

– "Sumqayıt" Azərbaycan futboluna nə verib?
– "Sumqayıt" Azərbaycan futboluna çox şey verib. Təhlil etsəniz, görərsiniz ki, hazırda milli komandanın əsas heyət üzvlərindən bir neçəsi məhz bu klubda təcrübə yığaraq, artıraraq böyük klublara transfer olunublar. 

– Bir çox komandada mərkəz müdafiəçiləri ilə oynamısan. Ən yaxşı anlaşdığınız stopper kim olub?
– Çıxış etdiyim klublarda bütün mərkəz müdafiəçiləri ilə yaxşı anlaşmışam. Bu sarıdan heç vaxt problem yaşamamışam. Hazırda Rail və Bəxtiyarla da əla tandem yaratdığımızı düşünürəm. 

– Karyeranı “Sumqayıt”da bitirəcəksən?
– Bu suala cavab vermək üçün məncə, bir qədər tezdir. Düşünürəm ki, zaman özü bu sualın cavabını verəcək.

– Tovuz futbol məktəbinin yetirməsi kimi bugünki uğurunu yəqin ki, bu kluba borclusan. Bəs "Turan"ın Birinci Divizionda iştirak etməsinə münasibətin necədir?
– "Turan" Azərbaycan futbolunun həm keçmişi, həm də gələcəyidir. Bu klub mənim doğma evim kimidir. "Sumqayıt" kimi "Turan"ı da daim zirvələrdə görməyi arzulayıram. 

– “Xəzər Lənkəran”ın Azərbaycan futbolundakı yeri görünürmü?
– Məncə, tək “Xəzər Lənkəran”ın yox, bir çox bölgə klublarımız – Tovuz, Şəmkir, Zaqatala və digərlərinin də yeri görünür. 

– Karyeranı hansı klubda bitirmək istərdin?
– “Turan” Premyer Liqada olsa, çox istəyərəm ki, karyeramı Tovuz klubunda bitirim. Vurğun olaraq, bu səviyyəyə "Turan"ın sayəsində gəlib çatmışam.

– Sizcə, “Sumqayıt” yaxın zamanda çempionluğa oynaya biləcək?
– Hər şey üçün zaman lazımdır. Əlbəttə, vaxt gələcək, çempionluğa da oynayacağıq.

– Vurğun üçün Azərbaycanın ən istedadlı futbolçusu kimdir?
– Fikrimcə, Bəhlul Mustafazadə bir qədər də öz üzərində çalışsa, gələcəkdə ölkənin ən yaxşı müdafiəçisi ola bilər. Bu sözləri Amil Yunanov üçün də deyə bilərəm.

– Vurğunun Vurğun olmasında kimin rolu daha çox olub?
– Bu səviyyəyə gəlib çatmağımda rəhmətlik Sakit Alıyevin əməyi danılmazdır. Bu insan Tovuzda çoxlarına futbolun "əlifba"sını öyrədib. Kimsə bu sözlərimə gülə bilər. Amma hərdən xəyal edirəm ki, "Turan"da oynayıram, Sakit müəllim də baş məşqçimdir. Allah ona rəhmət eləsin. Bundan başqa, Ramiz Məmmədovun da üzərimdə əməyi çoxdur. 

– “Qarabağ”dan təklif gəlsə, gedərsən?
– Məncə, hər bir futbolçu “Qarabağ”da oynamaq istəyər.

– “Neftçi”, yoxsa “Qarabağ”?
– Hər ikisi Azərbaycan futbolunun tarixidir.

– Avropada sevdiyin klub hansıdır?
– “Milan”

– Heç vaxt unutmayacağın oyun?
– 2011-ci ilin sentyabr ayında baş tutan Azərbaycan – Belçika oyunu daim yaddaşımda olacaq. Qarşılaşmadan 1:1 hesablı heç-heçə ilə ayrılmışdıq. Komandamızdan yeganə qolu isə görüşün sonuna yaxın Rauf Əliyev vurmuşdu. 

– Sənə görə, “Sumqayıt”ın ən yaxşı oyunçusu kimdir?
– "Sumqayıt"ın hər bir futbolçusu mənim üçün ən yaxşı futbolçudur.

– Dünyanın ən yaxşı yarımmüdafiəçisi və hücumçusu kimdir?
– Luko Modriç. Hücumçu kimi isə Messi və Ronaldo.

– Ən yaxşı azərbaycanlı yarımmüdafiəçi kimdir?
– Cavid İmamverdiyev, Cavid Tağıyev, Rəşad Eyyubov və Elvin Məmmədov.

– Vurğun Hüseynova görə, Azərbaycanın ən güclü qapıçısı kimdir?
– Mənə görə, hal-hazırda Fərhad Vəliyev.

– Aylıq məvacibin nə qədərdir?
– Özümə yetəcək qədər maaş alıram.

– Azərbaycana gəlmiş ən güclü legioner futbolçu kim olub?
– Asen Nikolov.

– Hazırda Azərbaycanda ən yaxşı oyun idarə edən hakim?
– Ömər Paşayev, Əliyar Ağayev və Rəhim Həsənov kimi gənc hakimlərin idarəçiliyini yüksək qiymətləndirirəm. 

– Həyata bir daha gəlsəydin, futbolçu olardınmı?
– Xeyr (gülür).

– Millidə oynamağa özünü hazır sayırsan və yığmaya niyə dəvət almırsan?
– Milli komanda üçün oynamaq bizim borcumuzdur. Əvvəllər oynamışam, indi də çağırsalar, can-başla kömək edərəm. Fikrimcə, yığma komandamızın mənafeyi bizim üçün hər zaman birinci olmalıdır.

– Azarkeşlərə nə demək istərdin?
– Sumqayıtlı azarkeşlər ən xoş sözlərə layiqdirlər. Bu şəhərdə həqiqətən futbolu sevir və qiymət verirlər. Azarkeşlərimizin qarşısında bir kapitan olaraq baş əyirəm.

Reklam

Reklam


blank
Ölkə futbolu2024-05-19 10:44

Mahirin 2024-cü ildə ilk oyunu

blank
Premyer-liqa2024-05-19 09:00

“Qəbələ” “Araz-Naxçıvan”a qarşı

blank
Ölkə futbolu2024-05-19 08:00

Hər şey son tura qaldı

blank
Dünya futbolu2024-05-19 02:09

“Alaves”ə bir qol bəs etdi

blank
Dünya futbolu2024-05-19 01:52

“Milan” səfərdə uduzdu

blank
Dünya futbolu2024-05-19 01:33

Bundesliqada mövsümə yekun vuruldu

blank
Dünya futbolu2024-05-19 00:44

Renatlı “Hatayspor”dan “Beşiktaş”la məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-05-18 23:51

“NTD-İndiqo” üçüncü yeri tutdu

blank
Əvəzedicilər2024-05-18 23:25

“Qarabağ”ın əvəzediciləri darmadağına üzüldü

blank
Digər idman növləri2024-05-18 23:00

Azərbaycan yığması məğlub oldu

blank
Digər idman növləri2024-05-18 22:55

Azərbaycan gimnastları Neftçalada nümunəvi çıxışlar ediblər

blank
Digər idman növləri2024-05-18 22:44

Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurdular

blank
Ölkə futbolu2024-05-18 22:28

Yüksək Qızlar Liqasında mövsümə yekun vuruldu

blank
Premyer-liqa2024-05-18 21:50

“Bir nəfərin üstünə düşmək düzgün olmaz” – Samir Abasov

blank
Premyer-liqa2024-05-18 21:24

“Hər şey özümüzdən asılıdır” – Renduliç

blank
Premyer-liqa2024-05-18 21:11

“Layiqli qələbə qazandıq” – Bojoviç

blank
Premyer-liqa2024-05-18 21:06

“Mövsüm bizim üçün bitib” – Şahin Diniyev

blank
Premyer-liqa2024-05-18 20:57

“Sabah”dan inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2024-05-18 20:29

“Neftçi”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2024-05-18 20:14

“Kəpəz” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2024-05-18 19:55

Adil Şükürov: “Kişi kimi əllərini sıxıb təbrik etdim” – VİDEO

blank
Premyer-liqa2024-05-18 19:30

Rəşad Sadıqov: “Əcnəbilərin gəlişi bizim hakimlərin də xeyrinə olacaq” – VİDEO

blank
Premyer-liqa2024-05-18 18:58

“Neftçi”, “Zirə” və “Sabah”dan vacib qələbə

blank
Digər idman növləri2024-05-18 18:15

Azərbaycanın yunan-Roma güləşi millisi AÇ-də birinci oldu

blank
Digər idman növləri2024-05-18 18:00

Azərbaycan cüdoçularının DÇ-də rəqibləri müəyyənləşdi

blank
Dünya futbolu2024-05-18 17:40

“Sevilya” baş məşqçisi ilə yolları ayıracaq – RƏSMİ

blank
Dünya futbolu2024-05-18 17:22

“Mançester Siti”nin yarımmüdafiəçisi Premyer Liqanın ən yaxşı futbolçusu seçildi

blank
Dünya futbolu2024-05-18 17:01

İspaniyada mövsümün ən yaxşı gənc futbolçusu adına namizədlər açıqlandı

blank
Digər idman növləri2024-05-18 16:44

“Üçüncü dəfə dünya çempionu olduğum üçün qürur duyuram”

blank
Digər idman növləri2024-05-18 16:23

Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm