Dünya futbolu
Xorvatiya millisində yeni baş məşqçi
DÇ-2018-in seçmə mərhələsi çərçivəsi…
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində öz meydanında Finlandiya ilə görüşdə xal itirən Xorvatiya millisinin “sükanı arxasında” dəyişiklik olub.
Futbolinfo.az xəbər verir ki, Finlandiya ilə evdəki heç-heçə (1:1) baş məşqçi Ante Çaçiçin istefasına səbəb olub. DÇ-nin seçmə mərhələsində Ukrayna yığması ilə həlledici oyundan əvvəl “sükan arxasına” Zlatko Daliç gətirilib. Daliçin sonuncu iş yeri BƏƏ-nin “Əl-Əyn” klubu olub.
Seçmə mərhələnin İ qrupunda yer alan Xorvatiya lider İslandiyadan 2 xal geri qalır.