Ölkə futbolu
3 oyunda 15 qol
Futzal üzrə Yüksək Liqada 2-ci turun oyunları keçi…
Futzal üzrə Yüksək Liqada 2-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, turun ilk matçında “Araz” “Yasamal”ı çətinlik çəkmədən üstələyib. Ölkə çempionu 4 cavabsız qola sevinib.
Daha sonra “FK. İD. Futsal” və EKOL qarşılaşıb. İkinci görüşün taleyini yalnız 1 qol həll edib.
Turun son matçında isə azarkeşlər 10 qola şahidlik ediblər.
Yüksək Liqa
2-ci tur
7 oktyabr
“Yasamal” – “Araz” – 0:4
Qollar: X. Bağırov, 4:56. İ. Atayev, 14:55. M. Cahandost, 23:43-öz qapısına. M. Da Silva, 36:09.
“FK. İD. Futsal” – EKOL – 0:1
Qol: N. Məmmədkərimov, 37:40.
“Marafon Futsal” – “Xəmsə” – 7:3
Qollar: T. Əliyev, 2:40. R. Soltanov, 14:50 (10 m.); 18:15 (10 m.), 25:48, 39:40, S. Məmmədov, 32:36, R. Bağırzadə, 33 – Q. İsmayılov, 4:20, E. Zeynalov, 5:17, S. Əmirov, 11:20.