Milli komanda
Millimiz Çernoqoriya ilə də bacarmadı – YENİLƏNİB
17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası bu gü…
17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb.
Futbolinfo.az xəbər verir ki, Siyasət Əsgərovun yetirmələri 3-cü qrupun son turunda “Dalğa Arena”da Çernoqoriya yığması ilə qarşılaşıb.
Qrupumuzun ən zəif komandası da millimizdən asanlıqla xal alıb. Belə ki, ispanlardan 22 cavabsız qol buraxan rəqib bizimkilərə məğlub olmayıb – 1:1.
Millimiz ilk turda İslandiyaya 0:2, ardından İspaniyaya 0:3 hesabıyla uduzmuşdusa, Çernoqoriya ispanlardan 22, islandlarda 5 cavabsız top buraxmışdı.
Qrupun favoritləri isə ilk pillənin sahibini müəyyənləşdirmək üçün üz-üzə gəlib. Bakı Olimpiya Stadionunun ehtiyat meydançasındakı görüşdə favorit İspaniya çətin qələbə qazanıb – 2:1.