Ölkə futbolu
Reynhard Qrindel: “Cavid Hüseynov niyə həbsini tam yatmadı?”
DÇ-2018-in seçmə mərhələsi çərçivəsi…
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Almaniya – Azərbaycan oyunundan öncə təşkil edilən mətbuat konfransında Almaniya Futbol İttifaqının prezidenti Reynhard Qrindel də iştirak edib.
Futbolinfo.az xəbər verir ki, Qrindel mətbuat konfransı zamanı jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilərək həbs olunmuş, sonradan azadlığa çıxan millimizin oyunçusu Cavid Hüseynov haqda da danışıb:
"Bir müddət əvvəl azərbaycanlı jurnalist Rasim Əliyev öldürüldü. Azərbaycan yığmasının futbolçusu Cavid Hüseynov həbsdən tez çıxarıldı. Bunun səbəbini bilmirik. Rəhmətə gedən jurnalistin ailəsinə başsağlığı veririk. Buna görə çox üzgünük. Azərbaycan hökumətindən tələb etdik ki, Cavidin niyə tez sərbəst buraxıldığını izah etsin. Biz o futbolçunun belə hərəkət etdiyini bilmirdik. Bu məsələ bizə Cavid Bakıda bizə qarşı oynayandan sonra aydın oldu. Ona kimi hamı yazırdı ki, "niyə Cavid oynayır?". İnsanlara maraqlıydı ki, belə bir əməldə əli olmuş oyunçu niyə bu qədər tez azadlığa çıxa bilər? Kimin imkanı varsa, hər şey edə bilir. Biz qarşı tərəfdən açıqlama istəyirik. Almaniyada belə bir hal olanda həmin oyunçunu futboldan birdəfəlik silirlər. Almaniyada bütün mətbuat mənə məktub yazdı. Mən Cavidin təqsirli olduğunu demirəm. Bunu deməyə haqqım da yoxdu. Ona 4 il iş verilmişdi. Lakin heç nə olmadan həbs müddətini qısaltdılar. Niyə belə bəraət aldı? Niyə həbsini tam yatmadı? Bizə bunun cavabı lazımdı". (Futbol+)