Dünya futbolu
Elvin oynadı, “Qarabağ” əzmkar qələbə qazandı
Futbol üzrə Avstriyanın Şərq Regional Liqasında 11-ci turun …
Futbol üzrə Avstriyanın Şərq Regional Liqasında 11-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular Dmitri Nağıyevlə Elvin Bədəlovun formasını geyindiyi Vyana “Qarabağ”ı da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda məşhur “Admira Vakker” klubunun gənclərdən ibarət komandası ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.
Elvin start heyətdə meydana çıxıb və sonadək oynayıb. Dmitri isə bu qarşılaşmanın iştirakçısı olmayıb.
"Qarabağ" 11 turdan sonra 20 xalla 17 komanda arasında 5-ci pillədə qərarlaşıb, amma liderdən cəmi 3 xal geri qalır.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…