Ölkə futbolu
Cavid Hüseynov: “Onların niyə bu məsələyə toxunduğunu bilmirəm”
“Çox güclü rəqiblə qarşılaşacağıq. Qrupu…
“Çox güclü rəqiblə qarşılaşacağıq. Qrupun lideri ilə oynayacağıq”.
Futbolinfo.az xəbər verir ki, bu sözləri milli komandamızın oyunçusu Cavid Hüseynov deyib. DÇ-2018-in seçmə mərhələsinin son oyununda komandamız Almaniya ilə qarşılaşacaq. Matçdan əvvəl təşkil olunmuş mətbuat konfransında açıqlama verən Hüseynov oyunla bağlı fikirlərini bölüşüb:
“İlk oyundan başlayaraq heç bir rəqibdən qorxmamışıq, açıq futbol oynamışıq. Düzdü, potensialımıza uyğun xal toplaya bilmədik. Daha yüksək nəticə gözləyirdik. Çexiya ilə son matçda da nəticə ürəkaçan olmadı. Bu, bizi bir az ruhdan saldı. Sabah da layiqli mübarizə aparacağıq, qorxaq futbol oynamayacağıq. Bəzi fikirlər var ki, almanlar böyük fərqlə qalib gələcəklər. Çalışacağıq ki, buna imkan verməyək”.
Cavid Almaniya Futbol Federasiyasının prezidentinin həbsi ilə bağlı fikirlərinə də münasibət bildirib: “Nəyə görə bu məsələyə toxunduğunu bilmirəm. Mən peşəkar futbolçuyam, öz işimlə məşğulam. Allah mənə ikinci şansı veribsə, öz sevdiyim peşə ilə məşğul olmalıyam”.