Dünya futbolu
“Qızıl top”a daha 5 namizəd bəlli oldu
Fransanın “France Football” nəşri “qızıl top&rd…
Fransanın “France Football” nəşri “qızıl top” mükafatına daha 5 namizədi açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, namizədlərin siyahısına Kevin de Bruyne (“Mançester Siti”, Belçika), Robert Levandovski (“Bavariya”, Polşa), David De Xea (“Mançester Yunayted”, İspaniya), Harri Keyn (“Tottenhem”, İngiltərə), Edin Dzekonun (“Roma”, Bosniya və Herseqovina) da adı daxil edilib.
Daha öncə açıqlanan siyahıda isə Luis Suares (“Barselona”, Uruqvay), Yan Oblak (“Atletiko”, Sloveniya), Serxio Ramos (“Real”, İspaniya), Filipe Koutinyo (“Liverpul”, Braziliya), Dris Mertens (“Napoli”, Belçika), Neymar (PSJ/"Barselona", Braziliya), Luka Modriç ("Real", Xorvatiya), Paulo Dibala ("Yuventus", Argentina), Marselo ("Real", Braziliya) və Nqolo Kantenin ("Çelsi", Fransa) adları yer almışdı.
Yekun siyahıda 30 futbolçu olacaq.
Xatırladaq ki, “qızıl top” mükafatının son qalibi “Real”ın və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo olub.
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə