Dünya futbolu
Xuanfran: “Qarabağ”la oyunda qazanılacaq qələbə hər şeyi dəyişəcək”
“Qarabağ”ın UEFA Çempionlar Liqasının qrup mər…
“Qarabağ”ın UEFA Çempionlar Liqasının qrup mərhələsindəki rəqiblərindən “Atletiko”nun müdafiəçisi Xuanfran İspaniya mətbuatına açıqlama verib.
Futbolinfo.az xəbər verir ki, 32 yaşlı müdafiəçi son vaxtlar əldə edlən uğursuz nəticələr barədə danışıb. O, Ağdam təmsilçisi ilə qarşıdakı oyunlarda qalib gələrək, vəziyyətdən çıxacaqlarını deyib:
“Düşünmürəm ki, komandamız pis vəziyyətdədi. Biz sadəcə, iki oyunda qələbə qazana bilməmişik. Ancaq bu, heç də dünyanın sonu deyil. Çempionlar Liqasında 1/8 finala adlamaq şanslarımız var. “Qarabağ”la oyunda qazanılacaq qələbə hər şeyi dəyişəcək”.
Xatırladaq ki, “Atletiko” ÇL-in qrup mərhələsində növbəti iki oyununu məhz “köhlən atlar”a qarşı keçirəcək. Bu komandalar arasında ilk oyun oktyabrın 18-də, Bakıda keçiriləcək.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı