Dünya futbolu
Norveçdə qadın və kişi futbolçulara eyni maaş sistemi
Norveç Futbol Federasiyası bundan sonra kişi və qadınlardan…
Norveç Futbol Federasiyası bundan sonra kişi və qadınlardan ibarət yığma komandaların hər bir futbolçusunun bərabər məbləğdə maaş alacağını açıqlayıb.
Futbolinfo.az xəbər verir ki, bu qərarın ardından qadınlardan ibarət millinin üzvləri birdən-birə ikiqat maaş artımına seviniblər. Belə ki, bu vaxta qədər 3,1 milyon Norveç kronu (təxminən 660 min AZN) qazanan qadın futbolçular bundan sonra 6 milyon kroon gəlir əldə edəcəklər. Hansı ki, Norveçin kişilərdən ibarət əsas yığmasının üzvləri də elə bir o qədər qazanırlar.
Maraq üçün xatırladaq ki, Norveçin əsas yığma komandası artıq bizim üçün başa çatan DÇ-2018-in seçmə mərhələsində Azərbaycan millisi ilə bir qrupda mübarizə aparırdı. Komandamız bu rəqibinə Bakıda 1:0 hesabıyla qalib gəlsə də, səfərdə 0:2 hesabıyla uduzub.
- Müsahibə2024-05-23 08:00
Aleks Souza: “Menecerim danışmamağı tapşırıb”
- Ölkə futbolu2024-05-23 12:03
“Neftçi” daha bir legioner aldı: Anderssonun sözü ilə əməli üst-üstə düşmür
- Ölkə futbolu2024-05-23 08:32
“Yurqorden” Musanı icarəyə verəcək
- Müsahibə2024-05-24 08:00
Şahin Diniyev: “Qarşımıza avrokuboklara vəsiqə qazanmaq tapşırığı qoyulmamışdı”