Milli komanda
Prosineçki ilinə 800 min avro tələb etdi
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Robert…
Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Sloveniya yığmasını çalışdıra bilər.
Futbolinfo.az xarici mətbuata istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssis sözügedən komandada işləmək üçün ilinə 800 min avro tələb edib. Bu xəbərlərə münasibət bildirən Sloveniya Futbol Federasiyasının prezidenti Rade Miyatoviç deyib ki, həmin məbləği ödəmək imkanında deyillər:
“Prosineçkinin 800 min avro istədiyindən xəbərim yoxdu. Amma federasiyasının maliyyə durumu elə də yaxşı deyil. Belə yüksək vəsaiti xərcləyə bilmərik".
Qeyd edək ki, Sloveniya millisi Sreçko Katanetslə yollarını bir neçə gün əvvəl ayırıb. Hazırda bu vəzifəyə namizədlərdən biri də Robert Prosineçki hesab olunur.