Milli komanda
Millimizin sabiq forvardı “Kəpəz”lə müqavilə bağladı
"Kəpəz” çempionatda yaranan fasilə müddətin…
"Kəpəz” çempionatda yaranan fasilə müddətində Məhəmməd Qurbanovu baxışdan keçirib.
Futbolinfo.az xəbər verir ki, baş məşqçi Şahin Diniyevin etimadını doğruldan futbolçu ilə razılıq əldə olunub.
Hücumçu mövqeyində çıxış edən Məhəmmədlə cari mövsümün sonuna kimi müqavilə bağlanıb. 25 yaşlı oyunçu Gəncə klubunda 24 nömrəli forma ilə çıxış edəcək.
Qeyd edək ki, əvvəllər “Sumqayıt” və “Neftçi”də də oynamış Məhəmməd Qurbanov müxtəlif yaş qrupları üzrə Azərbaycan yığma komandalarının da şərəfini qoruyub. O, əsas millidə də oynayıb.