Ölkə futbolu
“Qalatasaray” millimizin üzvünü transfer etdi
17 yaşlılardan ibarət milli komandamızın üzvü Mutlu Aks…
17 yaşlılardan ibarət milli komandamızın üzvü Mutlu Aksu Doğan karyerasını "Qalatasaray"da davam etdirəcək.
Futbolinfo.az xəbər verir ki, İstanbul nəhəngi 17 yaşlı yarımmüdafiəçini transfer edib.
Bu keçidə görə "sarı-qırmızılar" millimizin üzvünün klubu "Altınordu"ya təzminat ödəməyib. İstedadlı futbolçu "Qalatasaray"dan başqa kluba transfer olarsa, məbləğın 50 faizi İzmir klubuna ödəyəcək.
Gənc yarımmüdafiəçi ilk olaraq "cim bom"un U-21 komandasının heyətində çıxış edəcək. Qış fasiləsindən sonra isə o, əsas komanda əsas komanda ilə məşq edəcək.
Qeyd edək ki, Mutlu Aksu Doğan 2016-cı ildə 17 yaşlılardan ibarət milli komandamızın heyətində Avropa çempionatının seçmə mərhələsində iştirak edib.