Ölkə futbolu
MOİK, “Xəzər”, “Sabah” və “Qaradağ Lökbatan” Premyer Liqaya buraxılmamalıdı!
MOİK, “Xəzər”, “Sabah” və “Qaradağ …
MOİK, “Xəzər”, “Sabah” və “Qaradağ Lökbatan”. Bu klublardan hansınınsa rəhbəri, məşqçisi, futbolçusu “məqsədimiz Premyer Liqaya çıxmaqdı” desə, ciddiyə almayın. Ona görə yox ki, onlar yalan danışır. Sadəcə, işə başlayanda elə səhv ediblər ki, acısını mövsüm bitəndə yaşayacaqlar.
“Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə Qaydalar”ının 18-ci maddəsində yazılır: “Cari mövsümdə I divizionda iştirak edən lisenziya iddiaçısının gənclərdən ibarət ən azı bir komandasının AFFA tərəfindən təşkil olunan yarışlarda iştirakı mütləqdir”. Yəni, “A” dərəcəli meyar kimi götürülən bu şərtə görə, gələn mövsüm elitada oynayacaq klubların ən azı bir komandasıartıq start götürmüş uşaq liqalarında oynamalıydı.
Araşdırdıq, birinciliklərə diqqət etdik və aydınlaşdırdıq ki, MOİK, “Xəzər”, “Sabah” və “Qaradağ Lökbatan” yalnız əsas komandaya sahibdi. Deməli, bu komandaların lisenziya tələblərinin əsas tələblərindən birini artıq indidən ödəyə bilməyəcəklər və bu boşluğu doldurmaq üçün daha bir mövsüm divizionda oynamağa məhkumdular. İşə qeyri-peşəkar yanaşmanın, futbol klublarında kənar adamların çalışmasının nəticəsi elə by olmalıydı.
Düzdü, 17-ci maddənin 2-ci bəndində qeyd olunub ki, “Hər hansı müəssisə, təşkilat, futbol məktəbinin və s. gənclər komandaları lisenziya iddiaçısını təmsil etdiyi halda, bu cür əməkdaşlıq yazılı müqavilə ilə təsdiq olunmalıdır”. Amma bu güzəşt yalnız Premyer Liqada çıxış edən zaman keçərlidi. Necə ki, “Səbail” “Vətən” cəmiyyətinin komandalarını icarəyə götürüb, Premyer Liqada oynayır. MOİK, “Xəzər”, “Sabah” və “Qaradağ Lökbatan”ın məhz bu adda uşaq komandaları olmalıydı. Ona görə də gələn il Təhsil Nazirliyinin “Sabah”ı qurumun nəzdində olan “Vətən”dən, “Qaradağ Lökbatan” bağlı olduğu “Neftçi” İK İB-dən uşaq komandası götürə bilməyəcəklər.
Düzdü, 17-ci maddədə göstərildiyi kimi, hansısa əməkdaşlıq mümkündü, lakin bu çatışmayan komandaları yaradılması üçün reallaşdırıla bilər. Hansısa müqavilə cari mövsümdəki çatışmazlığı ört-basdır etmək üçün kifayət etməyəcək. Ona görə də bu klublar və AFFA indidən hansısa qanunsuzluq, saxtakarlıq planlaşdırmasın.
CAVAD
- Premyer-liqa2024-05-17 22:21
“Qarabağ” “Turan Tovuz”a qalib gəldi
- Ölkə futbolu2024-05-17 11:12
Vaqner Silva: “Avropada “Qarabağ”dan qorxurlar”
- Ölkə futbolu2024-05-17 13:38
“Avropanı şoka salmalarına dəqiqələr çatmadı”
- Premyer-liqa2024-05-17 23:50
“Əcnəbi hakimlərinin dəvət olunmasını xoş qarşılamadım” – Qurban Qurbanov