Ölkə futbolu
Abasovu üşüdən oyun
“Matç maraqlı keçdi. Yaxşı oynadıq, ikinci his…
“Matç maraqlı keçdi. Yaxşı oynadıq, ikinci hissədə daha yaxşı çıxış etdik. Birinci hissəyə də pis başlamamışdıq. Təəssüf ki, qol buraxdıq" – bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 8-ci turunda "Qəbələ"yə 0:1 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
“Azarkeşlər sona qədər qol gözləyirdi. Halal olsun uşaqlara, bu tempdə davam etmək lazımdır. “Qəbələ” bizə qarşı başqa cür oynadı, ona görə də alınmadı. Bəlkə də buna hazır deyilik. Dəyişiklər etməliyik, oyun planı və başqa yöndə dəyişikliklər olacaq” – deyə o bildirib.
Abasov oyunun həyəcanlı keçdiyini bildirib: "O qədər həyəcanlanmışdıq ki, bir də gördüm paltarımı paltardəyişmə otağında qoymuşam, üşüyürəm. İnanıram ki, uğur gələcək".
- Premyer-liqa2024-05-17 22:21
“Qarabağ” “Turan Tovuz”a qalib gəldi
- Ölkə futbolu2024-05-17 11:12
Vaqner Silva: “Avropada “Qarabağ”dan qorxurlar”
- Ölkə futbolu2024-05-17 13:38
“Avropanı şoka salmalarına dəqiqələr çatmadı”
- Premyer-liqa2024-05-17 23:50
“Əcnəbi hakimlərinin dəvət olunmasını xoş qarşılamadım” – Qurban Qurbanov