Ölkə futbolu
"Atletiko"yla matçdan sonra azarkeşlər üçün xüsusi avtobuslar ayrılacaq
“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının …
“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunda saat 20:00-da Bakı Olimpiya Stadionunda İspaniyanın "Atletiko" klubunu qəbul edəcək.
Futbolinfo.az xəbər verir ki, oyundan sonra yaranacaq sıxlığın qarşısını almaq və azarkeşlərin gedəcəyi ünvanlara rahat şəkildə çatdırılması üçün klub Bakı şəhər Baş Polis İdarəsi və Bakı Nəqliyyat Agentliyi ilə danışıqlar aparıb və matçdan sonra azarkeşlər üçün xüsusi avtobus ayrılması haqda razılığa gəlib.
Matçdan sonra stadion ərazisində xüsusi avtobus dayanacaqlarında 20 Yanvar metrostansiyası, 28 May metrostansiyası və Qara Qarayev metrostansiyasına ödənişsiz olaraq azarkeşlər üçün xüsusi avtobuslar ayrılıb. Azarkeşlərin rahat şəkildə dayanacaqları tapması üçün qarşılaşmada olan könüllülərdən məlumat almaları xahiş olunur.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”