Ölkə futbolu
İsveçdən uzaqlaşdıq
Çempionlar Liqasında dünən keçirilən oyunların …
Çempionlar Liqasında dünən keçirilən oyunların ardından UEFA-nın əmsallar cədvəlində yerdəyişmə olmayıb. Öz meydanında "Atletiko" ilə qolsuz bərabərliyə razılaşan "Qarabağ" Azərbaycana daha 0,250 əmsal qazandırıb.
Beləliklə, mövsümlük qazancımız 4,125-ə yüksəlib. Qəniməti avrokuboklarda iştirak edən klublarımız arasında bölsək, 2,375 "Qarabağ”ın, 0,750 "İnter”in, 0,625 "Zirə”nin, 0,375 "Qəbələ”nin hesabına yığılıb.
Hazırda son 5 ilin nəticələrinə görə hesablanan əmsalımız 18,875-di. 22-ci pillədə qalan Azərbaycan ən yaxın izləyicisi olan İsveçdən uzaqlaşıb. Özümüzdən öndəki Rumıniya ilə fərq isə 0,575-ə düşüb.
Qeyd edək ki, avrokubokların qrup oyunlarında qələbə 0,500, heç-heçə 0,250 əmsalla qiymətləndirilir.
- Premyer-liqa2024-05-17 22:21
“Qarabağ” “Turan Tovuz”a qalib gəldi
- Ölkə futbolu2024-05-17 11:12
Vaqner Silva: “Avropada “Qarabağ”dan qorxurlar”
- Ölkə futbolu2024-05-17 13:38
“Avropanı şoka salmalarına dəqiqələr çatmadı”
- Premyer-liqa2024-05-17 23:50
“Əcnəbi hakimlərinin dəvət olunmasını xoş qarşılamadım” – Qurban Qurbanov