Milli komanda
Millimiz İspaniyaya böyük hesabla uduzdu
19 yaşadək qızlardan ibarət Azərbaycan yığması bu gün Avr…
19 yaşadək qızlardan ibarət Azərbaycan yığması bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxıb.
Futbolinfo.az xəbər verir ki, Vüqar Əsgərlinin çalışdırdığı millimiz bu dəfə qrupun aşkar favoriti İspaniya ilə üz-üzə gəlib.
Qeyd edək ki, millimizin yer aldığı 4-cü qrupun oyunları Albaniyada keçirilir. İlk turda komandamız Ukrayna ilə qarşılaşıb və 2:0 hesabıyla qalib gəlmişdi. İspanlar isə Albaniyanı 8:0 hesabıyla məğlub etmişdilər.
Millimiz də qrupun aşkar favoriti ilə bacarmayıb. Belə ki, komandamız 0:6 hesabıyla məğlub olub.
Qrupun digər oyununda Albaniya və Ukrayna yığmaları qarşılaşacaq.
AÇ-nin seçmə mərhələsi
4-cü qrup
28 oktyabr
Azərbaycan – İspaniya 0:6
Tirana. Kamza stadionu.