Dünya futbolu
“Duysburq” Eratsız xal itkisi ilə üzləşdi
Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 12-ci turun oyunları…
Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 12-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Tuğrul Eratın şərəfini qoruduğu “Duysburq” da növbəti matçına çıxıb. Sözügedən klub doğma meydanda “Yunion Berlin”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Erat bu qarşılaşmanın iştirakçısı olmayıb. O, qarşılaşmanın sonadək ehtiyat oyunçular skamyasından izləyib.
“Duysburq” geridə qalan turlarda topladığı 13 xalla 18 klub arasında 14-cü pillədə qərarlaşıb.