Dünya futbolu
Kamran Ağayev oynadı, komandası qələbə qazandı
Futbol üzrə Çexiya çempionatında 12-ci turun oyun…
Futbol üzrə Çexiya çempionatında 12-ci turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu “Mlada Boleslav” da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda “Vısoçina” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.
Kamran da bu görüşün iştirakçısı olub. Millimizin üzvü start heyətdə meydana çıxıb və sonadək oynayıb.
Geridə qalan turlarda 14 xal toplayan "Mlada Boleslav" 16 klub arasında 10-cu pillədə qərarlaşıb.