Dünya futbolu
Korrea: “Qarabağ”la oyunda mütləq 3 xala ehtiyacımız var”
“Əla komandaya qarşı oynayırdıq. Çətin olsa da, &ou…
“Əla komandaya qarşı oynayırdıq. Çətin olsa da, önə keçmişdik. Ancaq matçı necə bitirəcəyimizi bilmirdik, rəqib öndə pressinq tətbiq edirdi”.
Futbolinfo.az xəbər verir ki, bunu Madrid “Atletiko”sunun yarımmüdafiəçisi Anxel Korrea deyib. “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi La Liqanın 10-cu turunda öz meydanında “Vilyarreal”la qollu bərabərə (1:1) qalıb. “Atletiko”nun yeganə qolunun müəllifi olan Korrea artıq bütün diqqətlərini Azərbaycan çempionu ilə matça yönəltdiklərini söyləyib. Argentinalı gənc futbolçu yerli mətbuata açıqlamasında qələbəyə ehtiyacları olduğunu vurğulayıb:
“Vilyarreal”la görüşdə bir neçə qol vəziyyəti yaratdıq. Rəqibin müdafiə xəttini yarmaq da asan deyildi. Düşünmürəm ki, oyunumuzda geriləmə var. Güclü komandaya qarşı böyük səylə mübarizə apardıq. İndi öz meydanımızda daha bir finala bərabər oyun olacaq. Sakit olmalıyıq, çünki bizdə uğur çatmır. “Qarabağ”la oyuna ciddi yanaşırıq. Hər matçda olduğu kimi, bu dəfə də meydana qələbə üçün çıxacağıq. Mütləq şəkildə 3 xala ehtiyacımızın olduğunu bilirik. Hər şeyə sıfırdan başlayacağıq”.
Qeyd edək ki, “Atletiko” – “Qarabağ” matçı sabah “Vanda Metropolitano” stadionunda keçiriləcək.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…