I Liqa
“Zaqatala”da baş məşqçi dəyişikliyi
Azərbaycan çemionatında məşqçi dəyişikliyi baş ve…
Azərbaycan çemionatında məşqçi dəyişikliyi baş verib.
Futbolinfo.az xəbər verir ki, birinci divizionda çıxış edən "Zaqatala"nın çalışdırıcısı Şaban Şirdanov postundan gedib. Buna səbəb komandanın uğursuz nəticələridi.
Birinci divizionda artıq 5 tur geridə qalsa da "Zaqatala" nəinki qələbə qazanıb, hətta xal üzünə həsrətdi. 5 oyunda eyni sayda məğlubiyyətlə üzləşən komanda qapısından 13 top buraxıb, rəqib torunu isə cəmi bir dəfə silkələyə bilib. Hazırda komanda turnir cədvəlinin sonuncu pilləsində yer alır.
Klubun Müşahidə Şurasının sədri bir müddət öncə Musa Qurbanov saytımıza açıqlamasında məşqçilər korpusundan hesabat tələb edəcəyini bildirmiş, məşqçi dəyişikliyini istisna etməmişdi. Məsələ ilə bağlı Şaban bəylə danışmaq istəsək də, üzrlü səbəblərdən suallarımıza cavab verə bilmədi.
Artıq "Zaqatala"nın yeni baş məşqçisinin adı da məlumdu. Şirdanovu postunda İlqar Aslanov əvəzləyib. (Sport7)
- Ölkə futbolu2024-05-06 10:08
“Dinamo” Mahiri satmaq istəyir, amma…
- Milli komanda2024-05-06 15:32
Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşdi
- Digər idman növləri2024-05-06 17:45
AVF rəhbərliyi Antalyada milli üzvləri ilə görüşdü
- Milli komanda2024-05-06 13:09
Aqolli: “Azərbaycanın rəqib seçilməsi doğru addımdır”