Dünya futbolu
“Ersgebirge” Nazarovsuz yenə xal itirdi
Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 13-cü turun oyun…
Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 13-cü turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” də növbəti matçına çıxıb. Sözügedən komanda doğma meydanda “Arminiya” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Qırmızı vərəqə aldığından cəzalı olan Nazarov bu qarşılaşmanın iştirakçısı olmayıb.
“Ersgebirge” geridə qalan turlarda 18 xal toplayıb və 18 klub arasında 7-ci pillədə qərarlaşıb.