Ölkə futbolu
Fərid Nəbiyev dubl etdi, “Slaviya” qalib gəldi
Futbol üzrə Çexiya yüksək liqasında mübarizə…
Futbol üzrə Çexiya yüksək liqasında mübarizə aparan klubların U-21 komandaları arasında təşkil olunan ölkə birinciliyində 14-cü turun oyunları keçirilib.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi Praqa “Slaviya”sının gənclərdən ibarət kollektivi də növbəti matçına çıxıb. Sözügedən komanda doğma meydanda “Slovan”la qarşılaşıb. Praqa təmsilçisi bu oyundan qələbə ilə ayrılıb – 4:2.
Fərid də bu görüşün iştirakçısı olub. U-19 millimizin kapitanı start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb. Komandasına qələbə qazandıran qolları da futbolçumuz vurub. Belə ki, hesab 2:2 olarkən 73 və 86-cı dəqiqələrdə iki qol vuran Nəbiyev “Slaviya”ya vacib 3 xal qazandırıb.
“Slaviya”nın U-21 komandası geridə qalan turlarda 20 xal toplayıb və turnir cədvəlində 12 klub arasında 7-ci sırada qərarlaşıb.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Müsahibə2024-04-10 11:44
Subaşiç “Neftçi” və “Qəbələ”yə görə məyusdur: “Rəhbərlik heyət və məşqçi ilə bağlı qərar verməlidir”
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…