Dünya futbolu
İtaliya klubunda yeni baş məşqçi
İtaliyanın “Cenoa” klubunun yeni baş məşqçisi …
İtaliyanın “Cenoa” klubunun yeni baş məşqçisi müəyyənləşib.
Futbolinfo.az xəbər verir ki, bundan sonra sözügedən komandanı Davide Ballardini çalışdıracaq. Bu barədə Genuya klubunun rəsmi saytı məlumat yayıb. Lakin tərəflər arasında neçə illik müqavilə imzalandığı barədə açıqlama verilmir.
Qeyd edək ki, Ballardini daha öncə 2010/11 mövsümündə, həmçinin 2013-cü ildə də “Cenoa”nı çalışdırıb. Bu, onun sözügedən kluba 3-cü qayıdışıdı.
Sonda onu da qeyd edək ki, Ballardini bir neçə gün öncə istefaya göndərilən İvan Yuriçi əvəzləyib. “Cenoa” onun rəhbərliyi altında keçirdiyi 12 oyunda cəmi 6 xal toplayıb. Komanda 20 iştirakçı arasında 18-ci pillədə qərarlaşıb.