Bizi izləyin

Ölkə futbolu

UEFA “Qarabağ”dan yazdı: Uğursuz başlasa da…

UEFA-nın rəsmi saytı UEFA Çempionlar Liqasının qrup mərh?…

blank

UEFA-nın rəsmi saytı UEFA Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turu ərəfəsində “Qarabağ” – “Çelsi” oyunu haqqında yazı hazırlayıb. 

Futbolinfo.az xəbər verir ki, yazıda iki komandanın buraqədərki çıxışları və matçın pərdəarxası məqamlarından bəhs olunub.

Sözügedən məqaləni təqdim edirik:

“Qarabağ” Bakıda qələbə qazanaraq 1/8 finala çıxmağı hədəfləyən “Çelsi” qarşısında da asan təslim olmayacaq. Artıq qitənin ən nüfuzlu klub turnirində xallar qazanmış Azərbaycan təmsilçisi doğma meydanda sonuncu oyununda da uğur əldə etmək istəyəcək.

– Qrupdakı ilk matçında “Stemford Bric”də “Çelsi” ilə qarşılaşan və qapısında 6 cavabsız qol görən “Qarabağ” “Atletiko” ilə ev səfər oyunlarında əldə etdiyi heç-heçələrlə 2 xal qazanıb. Kədərli başlanğıca baxmayaraq, komanda hətta Avropa Liqasına vəsiqə uğrunda mübarizə apara bilər.

– “Qarabağ” 2 xalla qrupda 4-cü yerdə qərarlaşsa da, “Atletiko”dan cəmi bir xal dala qalır. 3-cü yer uğrunda mübarizə aparmaq üçün komandaya mütləq qələbə lazımdı. Əgər ağdamlılar məğlub olub, “Atletiko” da qələbə qazansa, onların 4-cü yerdə qalacaqları rəsmiləşəcək.

– “Çelsi”nin isə 7 xalı var və son turda məğlub olduğu “Roma”dan bir xal geridədi. İngiltərə çempionuna növbəti mərhələyə çıxmaq üçün qələbə lazımdı. Əgər digər oyunda “Atletiko” uduzsa, londonluları bərabərlik də qane edəcək.

Matçın pərdəarxası

“Qarabağ”

– Bu, “Qarabağ”ın Premyer Liqa təmsilçilərinə qarşı ikinci ev matçıdır. Ümumilikdə isə “atlılar” İngiltərə təmsilçiləri ilə 4-cü dəfə üz-üzə gələcəklər. Onlar 2016-cı il noyabrın 26-da evdə “Tottenhem”ə 0:1 hesabı ilə uduzmuş, eyni zamanda səfərdə də 1:3 hesablı məğlubiyyətə üzülmüşdü.

– Qrup mərhələsinin ilk ev oyununda “Roma”ya uduzan (1:2) “Qarabağ”, üçüncü turda “Atletiko” ilə bərabərliyə razılaşaraq ilk xalını qazanmışdı. 

– Azərbaycan təmsilçisi ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində çıxış edir. Onlar II turda Gürcüstan “Samtredia”sını (5:0, 1:0), III turda Moldova “Şerif”ini (0:0, 2:1) və pley-offda isə Danimarka “Kopenhagen”ini (1:0, 1:2) yolundan kənarlaşdırıb.

– “Qarabağ” 4-cü dəfə Çempionlar Liqasında oynayır. Bundan əvvəlki 3 cəhdində komanda III təsnifat mərhələsində mübarizəni dayandırmışdı. Ötən mövsüm azərbaycanlılar səfər qolunun hesabına Çexiya “Viktoriya”sına uduzmuşdu.

– 2016/17 mövsümündə Çempionlar Liqasında mübarizəni dayandırdıqdan sonra “Qarabağ” ardıcıl 3-cü dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı. Ancaq hələ heç vaxt bu turnirdə son 32 komanda arasına düşə bilməyib.

– “Qarabağ” Azərbaycanda ümumilikdə 5-ci, ardıcıl 4-cü dəfə çempion olmaqla Çempionlar Liqasında oynamağa haqq qazanıb.

“Çelsi”

– Qrup mərhələsinin ilk oyunu “Çelsi”nin hansısa Azərbaycan komandası ilə birinci görüşü idi.

– Bundan sonra Miki Batşuayın son dəqiqə qolu ilə “Atletiko” üzərində qələbə qazanan (2:1) londonlular ardınca “Roma”ya 0:3 hesabı ilə məğlub olaraq liderliyi də onlara təhvil verdilər.

– “Atletiko” üzərində qələbə ilə “Çelsi” son 10 səfər matçında 4-cü qələbəsini qazandı – 3 bərabərlik və 3 məğlubiyyət.

– Altıqat İngiltərə çempionu 1995/96 mövsümündən bu yana heç vaxt Avropa səviyyəli yarışlardan kənarda qalmayıb. 2003-2015-ci illərdə isə komanda ÇL qrup mərhələsinin daimi iştirakçısı olub.

– 2012-ci ildə Çempionlar Liqasının qalibi olan “Çelsi” yarışdakı sonuncu mövsümündə – 2015/16-da 1/8 finalda PSJ-yə məğlub olaraq mübarizəni dayandırmışdı.

– Londonlular ÇL-dəki ardıcıl son 3 mövsümündə qrupu mərhələsini qalib kimi başa vurub. Ümumilikdə isə komanda 11 dəfə qrup lideri olub. Yalnız bir dəfə – 2015/16 mövsümündə bu baryeri aşmaq mümkün olmayıb ki, onda da mübarizəni Avropa Liqasında davam etdirən “zadəganlar” həmin yarışın qalibi olub.

Məşqçilər və oyunçular arasındakı əlaqələr

– “Qarabağ”ın qapıçısı Anton Kanibolotski ilə “Çelsi”nin braziliyalısı Villian 2012/13 mövsümündə “Şaxtyor”da komanda yoldaşı olublar.

– Miçel “Birmingem”in heyətində “Çelsi”yə qarşı oynayıb. 2010-cu ilin yanvar ayının 27-də baş tutan və “Çelsi”inin 3:0 hesablı qələbəsi ilə başa çatan oyunda ispaniyalı 72-ci dəqiqədə meydana çıxıb.

– “Çelsi”nin baş məşqçisi Antonio Konte İtaliya millisinə rəhbərlik etdiyi vaxtda AÇ-2016-nın seçmə mərhələsində iki dəfə Azərbaycan yığması ilə qarşılaşıb və hər iki oyunda qələbəyə sevinib (2:1, 3:1). 

– Palermodakı ilk oyunda hazırda “Qarabağ”da çıxış edən Qara Qarayev, Bədavi Hüseynov, Rəşad Sadıqov və Rahid Əmirquliyev ilk dəqiqələrdən Azərbaycan millisinin heyətində meydana çıxıb. Elvin Yunuszadə və Ağabala Ramazanov isə ehtiyatda qalıb. Bakıdakı cavab oyununda isə Bədavi meydandan qovuub, həmçinin Qara Qarayev, Rəşad Sadıqov, Rahid Əmirquliyev, Maksim Medvedev, Arif Daşdəmirov və Əfran İsmayılov ilk dəqiqələrdən oynayıblar. (Apasport.az)

Reklam

Reklam


blank
Ölkə futbolu2024-05-22 00:30

II Liqanın mükafatçıları medallarına qovuşdular – VİDEO

blank
Digər idman növləri2024-05-21 23:59

AÇ-də medal qazanan güləşçilər təəssüratlarını bölüşdülər

blank
Dünya futbolu2024-05-21 23:44

Paytaxt klubunda gözlənilməz ayrılıq

blank
Digər idman növləri2024-05-21 23:29

Azərbaycanın iki güləşçisi Avropa çempionu oldu

blank
Digər idman növləri2024-05-21 23:00

Daha iki güləşçimiz AÇ-nin finalında

blank
Digər idman növləri2024-05-21 22:00

Bakıda voleybol məşqçiləri üçün növbəti beynəlxalq seminar

blank
AÇ-20242024-05-21 21:41

İngiltərə yığmasının AÇ üçün ilkin heyəti açıqlandı

blank
Ölkə futbolu2024-05-21 21:19

II Liqanın bombardiri təltif edildi

blank
Ölkə futbolu2024-05-21 20:58

Azərbaycan yığmasının üzvləri fəxri adla mükafatlandırılıblar

blank
Digər idman növləri2024-05-21 20:37

“Sağlam bədəndə sağlam ruh” devizi altında

blank
Milli komanda2024-05-21 20:19

Millimizə can atırdı, “Hamburq”la anlaşdı

blank
Ölkə futbolu2024-05-21 20:00

II Liqada mövsümə yekun vuruldu

blank
Digər idman növləri2024-05-21 19:33

Mehriban Əliyeva Hidayət Heydərovu təbrik edib

blank
Ölkə futbolu2024-05-21 19:00

“Mundialın Bakıda keçirilməsi hər kəs üçün sevindirici haldır”

blank
Ölkə futbolu2024-05-21 18:35

“DÇ-nin Bakıda keçirilməsi bizim üçün vacib məqamdır” – Orxan Məmmədov

blank
Ölkə futbolu2024-05-21 18:16

Bakıda təşkil olunacaq DÇ-2025-in təqdimat mərasimi keçirildi

blank
AÇ-20242024-05-21 17:53

Portuqaliyanın AÇ-2024 üçün yekun heyəti bəlli oldu

blank
Digər idman növləri2024-05-21 17:34

Səudiyyə Ərəbistanı qadın tennisçilərin də tərəfdaşı oldu

blank
Dünya futbolu2024-05-21 17:19

Məşhur futbolçu karyerasını başa vurur

blank
Digər idman növləri2024-05-21 17:04

Cüdoçumuz DÇ-də ilk sınağındaca uduzdu

blank
Digər idman növləri2024-05-21 16:50

“Ümid edirəm ki, Parisdə də yaxşı nəticələr əldə edəcəyik”

blank
Dünya futbolu2024-05-21 16:32

Tuhelin əvəzinə daha bir namizəd

blank
Digər idman növləri2024-05-21 16:15

Məhsuldarlığa görə MBA 1-ci, Avroliqa 9-cu oldu

blank
Ölkə futbolu2024-05-21 16:00

“Qarabağ”ın ÇL-in yeni mövsümünə 2-ci mərhələdən başlaması ehtimalı böyükdür” – Asif Əsgərov

blank
Digər idman növləri2024-05-21 15:40

Azərbaycan tennisçiləri Avropa birinciliyinə qatılacaqlar

blank
Digər idman növləri2024-05-21 15:21

Yığmamız Mərkəzi Asiyanın Açıq Çempionatında 4-cü oldu

blank
Dünya futbolu2024-05-21 15:04

“Sevilya” məşqçisini dəyişəcək

blank
Dünya futbolu2024-05-21 14:49

Emeri İngiltərədə ilin məşqçisi seçildi

blank
Milli komanda2024-05-21 14:35

Millimizin Albaniya və Qazaxıstanla oyunlarına təyinatlar açıqlandı

blank
Dünya futbolu2024-05-21 14:17

Potter yenidən “Brayton”da

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm