Milli komanda
Azərbaycan – Kosovo matçının hakimləri açıqlandı
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının …
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının AÇ-2019-un seçmə mərhələsi çərçivəsində Kosovoya qarşı keçirəcəyi oyunun hakim təyinatları açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, UEFA sözügedən qarşılaşmanın estoniyalı hakimlərə həvalə edib. Matçın baş hakimi Romer Tarayev olacaq. Ona yan xətt hakimləri Hannes Reynvald və Nime Nimlayd kömək edəcəklər. Dördünc hakim funksiyasını isə Eyko Saar yerinə yetirəcək.
Qeyd edək ki, Azərbaycan – Kosovo görüşü noyabrın 14-də “Dalğa Arena”da keçiriləcək və saat 18:00-da başlayacaq.