Ölkə futbolu
“Qarabağ”ın rəqibi səhmlərinin 15 faizini satdı
İspaniyanın “Atletiko” klubunun səhmlərinin 15 faizi s…
İspaniyanın “Atletiko” klubunun səhmlərinin 15 faizi satılıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Madrid klubunun rəsmi saytı məlumat yayıb. Məlumatda qeyd olunur ki, İsrailin “Quantum Pacific Group” şirkəti “Atletiko”nun səhmlərinin 15 faizini alıb.
Sözügedən şirkətin sahibi olan israilli biznesmen İdan Ofer bunun üçün 50 milyon avrosundan keçib. Bu məbləğ “Atletiko”nun fonduna köçürüləcək və digər səhmdarlar da bundan faydalana biləcəklər.
Qeyd edək ki, “Atletiko” UEFA Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən biridi.